Türkiyə səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib

14:46 - 06 / 06 / 2025
Türkiyə səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib

Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib.

1news.az xəbər verir ki, diplomatik nümayəndəliyin "X" hesabı vasitəsilə yayımlanan paylaşımda həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarına təbrik ünvanlanıb:

"Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik" - Türkiyə Səfirliyinin paylaşımında belə deyilir.

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər