Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

13:31 - 10 / 05 / 2024
Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 10-da Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Xarixi İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.

Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və digər istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir COP29-un öz növbəsində əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstəyə və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
205

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər