Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı

Qafar Ağayev15:54 - 24 / 09 / 2024
Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı

Qərbi Azərbaycan İcması olaraq, ABŞ Konqresində anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst konqresmen Adam Şiffin 2024-cü il sentyabrın 18-də təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsini qətiyyətlə pisləyir və qınayırıq. Qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: "Adam Şiffin ənənəvi anti-Azərbaycan mövqeyi və korrupsiyaya bulaşmış digər Azərbaycanofob, keçmiş senator Bob Menendez kimi erməni lobbisi ilə korrupsioner əlaqələri, onun dürüstlüyünü ciddi şəkildə şübhə altına alır.

Qarabağ ermənilərinin Azərbaycan dövlətinin reinteqrasiya və vətəndaşlıq təkliflərini rədd edərək sərbəst şəkildə ölkəni tərk etdiklərini nəzərə alaraq, Şiffin bu qanun layihəsi böhtan üzərində qurulub.

Adam Şiff, 300 min azərbaycanlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını və Azərbaycanın, eləcə də azərbaycanlıların əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı görməzdən gəlmiş, hətta dəstəkləmişdir. Bütün bunlar göstərir ki, təqdim olunan qanun layihəsi Azərbaycana qarşı şantaj cəhdidir. Bu addım həm də ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmağa hədəflənib".

Paylaş:
313

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər