Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub

Qafar Ağayev17:45 - 26 / 09 / 2024
Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində vərəm əleyhinə fəaliyyətin və mövcud vəziyyətə dair iclas keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayevin rəhbərliyi ilə keçirilən iclasda QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov, həmçinin Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyindəki qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində növbəti mərhələyə keçidin reallaşdırıldığını vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: “Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşdırılmasıdır. Üçüncüsü isə, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir. Səhiyyə sisteminin 3 sütununa vərəmə qarşı mübarizə addımlarının gücləndirilməsi də şamil olunur”.

Nazirin sözlərinə görə, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb. Eyni zamanda, 2021-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir.

Öz çıxışında Teymur Musayev Qlobal Fondun layihələrinin davamlı olaraq Azərbaycanda həyata keçirildiyi və vərəmlə mübarizədə böyük töhfə verdiyini diqqətə çatdırıb. Nazir, həmçinin ölkəmizdə vərəmlə xəstələnmə dinamikasında azalmanın müşahidə olduğunu vurğulayıb.

“Əldə etdiyimiz nailiyyətlərə baxmayaraq, vərəmlə mübarizə üzrə Fəaliyyət Planının həyata keçirilməsi üçün uzunmüddətli Strategiya və Yol Xəritəsinin hazırlanmasına ehtiyac var. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Öz çıxışlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə vərəmlə mübarizədə ixtisaslaşmış tibb müəssisələrinin tikildiyi və müasir yanaşmanın tətbiq olunduğunu qeyd ediblər.

İclasda, həmçinin Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova geniş hesabatla çıxış edib. İ.Axundova vurğulayıb ki, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 10 ildə xəstələnmənin dinamikasında, eyni zamanda vərəmdən ölüm hallarının azaldılmasında müsbət dəyişikliklər müşahidə olunur.

İclasın sonunda qarşılıqlı faydalı müzakirələr aparılıb.

Paylaş:
137

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər