DİN Füzülidə əməliyyat keçirdi - 3 kiloqramdan çox tiryək aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Füzülidə əməliyyat keçirdi - 3 kiloqramdan çox tiryək aşkarlandı

Qafar Ağayev09:33 - 04 / 10 / 2024
DİN Füzülidə əməliyyat keçirdi - 3 kiloqramdan çox tiryək aşkarlandı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
208

Son xəbərlər

Bütün xəbərlər