Tarif Şurası Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirib
Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.
Bu barədə 1news.az Tarif Şurasına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
· Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər
· Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi
· Təbii qaz tarifləri
· Elektrik enerjisi tarifləri
SU TƏCHİZATI VƏ TULLANTI SULARININ AXIDILMASI SİSTEMİNƏ QOŞULMA XİDMƏTİNƏ GÖRƏ TARİFLƏR
· Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.
· Bu tariflər bundan əvvəl qoşulmaya görə ödənilmiş məbləğlərdən aşağıdır. Belə ki, indiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
· Dövlətin sosial siyasəti nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərində tətbiq edilmiş yanaşmaya uyğun olaraq məişət abonentləri üzrə qoşulma tariflərində həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Məişət abonentləri üçün:
· Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib.
· Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
· Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün:
Su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
· Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflərin tənzimlənməsi:
· Bu sahədə tənzimləmə tikinti obyektlərinin qoşulma ilə bağlı xərclərini azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək;
· Maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə şərait yaradacaq;
· Xərclərin qarşılanmasında istehlakçılar üzrə vahid yanaşmanın tətbiq ediləcək və pərakəndəlik aradan qalxacaq;
· Sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanması mümkün olur.
· Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Cədvəl 1. Su təchizatı və tullantı sularının axıdılması şəbəkələrinə qoşulma tarifləri
Məişət abonentləri üzrə:
Sıra №si |
Borunun diametri, millimetr |
|
Qoşulma xidmətinə görə ödəniş məbləği (ƏDV ilə, manat) |
1. |
Su təchizatı şəbəkəsi üzrə |
||
1.1 |
D32 |
Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu |
200 |
1.2 |
Digər inzibati ərazi vahidləri üzrə |
170 |
|
2. |
Tullantı sularının axıdılması şəbəkəsi üzrə |
||
2.1 |
D150 |
Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu |
345 |
2.2 |
Digər inzibati ərazi vahidləri üzrə |
290 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:
Sıra №si |
Borunun diametri, millimetr |
Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) |
1. |
Su təchizatı şəbəkəsi üzrə |
|
1.1 |
D32 |
995 |
1.2 |
D40 |
1015 |
2. |
Tullantı sularının axıdılması şəbəkəsi üzrə |
|
2.1 |
D150 |
1635 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:
Sıra №si |
Borunun diametri, millimetr |
Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) |
|||
Fiziki qoşulma üçün |
Layihələndirmə işləri və fiziki qoşulma üçün |
Tikinti-quraşdırma işləri və fiziki qoşulma üçün |
Tikinti-quraşdırma, layhələndirmə işləri və fiziki qoşulma üçün |
||
1. |
Su təchizatı şəbəkəsi üzrə |
||||
1.1 |
D50 |
210 |
410 |
1255 |
1455 |
1.2 |
D63 |
215 |
420 |
1300 |
1500 |
1.3 |
D90 |
240 |
440 |
1425 |
1625 |
1.4 |
D110 |
255 |
455 |
1530 |
1730 |
1.5 |
D160 |
315 |
515 |
1895 |
2095 |
1.6 |
D225 |
425 |
625 |
2535 |
2735 |
1.7 |
D280 |
530 |
730 |
3190 |
3390 |
2. |
Tullantı sularının axıdılması şəbəkəsi üzrə |
||||
2.1 |
D200 |
245 |
505 |
2440 |
2700 |
2.2 |
D300 |
295 |
555 |
2940 |
3200 |
2.3 |
D400 |
350 |
610 |
3505 |
3765 |
2.4 |
D500 |
525 |
780 |
5220 |
5480 |
2.5 |
D600 |
680 |
940 |
6780 |
7040 |
ƏHALİYƏ GÖSTƏRİLƏN İSTİLİK TƏCHİZATI XİDMƏTİNİN TARİFİ:
· Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir.
· 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır.
· Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb.
· “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m2 sahənin isidilməsinə kifayət edir) 14,6 manat həddində müəyyənləşdirilib.
Əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə tarif tənzimləməsi:
· Dövlət büdcəsindən asılılığı azaldacaq;
· Həmin məbləğ sosial tədbirlərə yönləndiriləcək.
Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
TƏBİİ QAZ TARİFLƏRİ:
· Təbii qazın bundan əvvəlki tarifləri Tarif (qiymət) Şurasının 16.10.2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilib.
· Hazırda ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır.
· Təbii qaz üzrə maya dəyəri istehsal, saxlanma, emal, nəql, paylanma və s. komponentlərdən formalaşır.
· SOCAR-da ümumi səbət üzrə (ixracsız) maya dəyəri ƏDV ilə birlikdə 216 manat/min kub metr təşkil edir.
· Mövcud tarif maya dəyərindən aşağı olduğu üçün müvafiq fəaliyyətə görə ümumilikdə SOCAR, o cümlədən “Azəriqaz” İB üzrə zərər yaranır.
· Halbuki tariflər sahə üzrə xidmət səviyyəsinin yüksəldilməsinə, investisiya qoyuluşlarının da müəyyən təmin edilməsinə imkan yaratmalıdır.
· Bunun üçün təbii qazın dəyər zəncirində rentabellik səviyyəsinin təmin edilməsi və yeni sərmayələr üçün daha əlverişli şəraitin yaradılması baxımından bu sahədə yeni tənzimləmənin aparılması zəruri hesab olunur.
· Təbii qaz üzrə tariflərin tənzimlənməsi zamanı əhalinin rifahına, sənaye və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə təsirinin minimal həddə saxlanılması diqqət mərkəzində olub.
· Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün mərkəzləşdirilmiş qazanxanalara verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Bu tarif mövcud 16,50 qəpik/m3 səviyyəsində saxlanılır.
· Əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində müəyyənləşdirilib.
· 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik həddində müəyyənləşdirilib.
· 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
· 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Yeni tənzimləmənin əhali istehlakçılarının orta aylıq xərcinin artmasına təsiri:
· 48%-nə (illik sərfiyyatı 1200 m3–dək) - 32 qəpik;
· 39%-nə (illik sərfiyyatı 1200 m3–2500 m3–dək) – 1 manat 43 qəpik
· 13%-nə (illik sərfiyyatı 2500 m3–dən çox olan) – 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Yəni, təqvim ili ərzində 1 ailənin (abonentin) konkret təbii qaz istehlakı üzrə yeni tənzimləmədən sonra orta aylıq xərci aşağıdakı kimi dəyişəcəkdir:
- 1000 m3 olduqda – 42 qəpik;
- 1800 m3 olduqda – 1 manat 50 qəpik;
- 2700 m3 olduqda – 3 manat 50 qəpik.
· Elektrik enerjisi üzrə kəskin tarif artımından yayınmaq məqsədi ilə elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində müəyyən edilir.
· İstehlak malları indeksinə təsirinin minimallaşdırlması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
· Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Cədvəl 2. Təbii qaz üzrə mövcud və yeni tariflərin müqayisəsi
№ |
Göstəricilər |
Tariflər (qəpik/m3, ƏDV ilə) |
|
Mövcud |
Yeni |
||
1. |
Təbii qazın pərakəndə satışı |
||
1.1. |
Əhali |
|
|
1.1.1. |
illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün |
12,0 |
12,5 |
1.1.2. |
illik istehlak həcminin 1200 - 2500 m3-dək (2500 m3 daxil) hissəsi üçün |
20,0 |
22,0 |
1.1.3. |
illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün |
25,0 |
30,0 |
1.2. |
Qeyri-əhali |
|
|
1.2.1. |
çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti |
16,5 |
16,5 |
1.2.2. |
sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri |
16,5 |
18,5 |
1.2.3. |
metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə |
20,0 |
20,5 |
1.2.4. |
sənaye və kənd təsərrüfatı sahələri |
22,0 |
24,0 |
1.2.5. |
digər sahələr |
25,0 |
28,5 |
2. |
Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) |
16,5 |
18,5 |
ELEKTRİK ENERJİSİ TARİFLƏRİ:
· Elektrik enerjisinin bundan əvvəlki tarifləri Tarif (qiymət) Şurasının 16.10.2021-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilib.
· Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.
· Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpik müəyyən edilib.
· 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpik təsdiq edilib.
· 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpik səviyyəsində müəyyən edilib.
· 1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə 1 qəpikdən az – 0,7 qəpik (7,8%) artırılıb.
· Tarif dəyişikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin artmasına təsiri:
· 65% abonent üzrə (aylıq sərfiyyatı 200 kVts-dək olan) - 45 qəpik,
· 20% abonent üzrə (aylıq sərfiyyatı 200-300 kVts olan) - 1 manat 33 qəpik,
· 15% abonent üzrə - (aylıq sərfiyyatı 300 kVts-dan çox olan) - 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.
· Yəni, təqvim ayı ərzində 1 ailənin (abonentin) konkret elektrik enerjisi istehlakı üzrə yeni tənzimləmədən sonra orta aylıq xərci aşağıdakı kimi dəyişəcəkdir:
- istehlak 180 kVts olduqda – 72 qəpik;
- istehlak 250 kVts olduqda – 1 manat 30 qəpik;
- istehlak 370 kVts olduqda – 3 manat 20 qəpik.
· İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədi ilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi 1 qəpikdən az - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
· Ölkəmizdə karbon emissiyalarını azaltmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi və bunun üçün infrastrukturun təkmilləşdirilməsi üzrə işlər görülür.
· Avtomobillərə elektrik enerjisinin satışını həyata keçirən elektrik doldurma məntəqələrinə verilən elektrik enerjisinin tarifləri 1 kilovatt saat elektrik enerjisi üçün 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib.
· Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.
· Həmçinin dövlətin, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının yüksəldilməsi siyasəti nəzərə alınaraq, yaşıl enerji siyasətinin dəstəklənməsi baxımından kiçik su elektrik stansiyaları, külək elektrik stansiyaları, günəş və bərpa ounan enerji mənbələri üzrə istehsal olunan elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.
· Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Cədvəl 3. Elektrik enerjisisi üzrə mövcud və yeni tariflərin müqayisəsi
№ |
Göstəricilər |
Tariflər (qəpik/kVts, ƏDV ilə) |
|
Mövcud |
Yeni |
||
1. |
Elektrik enerjisinin təchizatı |
|
|
1.1. |
Əhali |
|
|
1.1.1. |
aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün |
8,0 |
8,4 |
1.1.2. |
aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün |
9,0 |
10,0 |
1.1.3. |
aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün |
13,0 |
15,0 |
1.2. |
Qeyri-əhali |
|
|
1.2.1. |
ticarət və xidmət |
11,0 |
- |
1.2.2. |
digərləri* |
10,0 |
12,5 |
1.2.3. |
sənaye və kənd təsərrüfatı |
- |
10,6 |
1.3 |
Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi |
|
|
1.3.1. |
gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) |
6,4 |
7,0 |
1.3.2. |
gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) |
3,1 |
3,4 |
· Qeyd:* Qeyri-əhali istehlakçıları üzrə struktur bölgüsü dəyişdirilib. Əvvəl “digərləri” qrupuna “Ticarət və xidmət”dən başqa bütün istehlakçılar daxil idi, yeni qərarda isə “digərləri” qrupuna “Sənaye və kənd təsərrüfatı”ndan başqa bütün istehlakçılar aiddir.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi
· Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davamlıdır.
· Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli 209 nömrəli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun aparılır.
· Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 210 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.
· 4 dərman vasitəsinin qiymətinin aşağı salınması və etibarlı təchizatın təmin olunması məqsədilə 49 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılmışdır.
· Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
· Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
· Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 26.12.2005-ci il tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.