Bakıda güclü dolu və leysan həyatı iflic etdi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda güclü dolu və leysan həyatı iflic etdi - FOTO - VİDEO

Oksana Orucova16:34 - Bu gün
Bakıda güclü dolu və leysan həyatı iflic etdi - FOTO - VİDEO

Bakıda müşahidə olunan güclü dolu və intensiv leysan yağış paytaxtın bir sıra küçə və prospektlərində ciddi problemlərə səbəb olub.

1news.az-ın məlumatına görə, qısa müddət davam etməsinə baxmayaraq, yağıntı şəhər infrastrukturuna təsir göstərib. Bir çox küçələrdə suyun səviyyəsi sürətlə yüksəlib, nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşıb, uzun tıxaclar müşahidə olunub.

Yağış suları xüsusilə paytaxtın aşağı ərazilərində toplanaraq piyadaların hərəkətini çətinləşdirib. Bir sıra yeraltı keçidlər su ilə dolduğundan sakinlər həmin ərazilərdən istifadə etməkdə çətinlik çəkiblər.

Dolu yağışı bəzi küçələrdə yolların və avtomobillərin üzərinin ağ örtüklə örtülməsinə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə küçələrdə yaranan çətin vəziyyət aydın şəkildə əks olunub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 1news.aze (@1news.aze)

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər