İran ABŞ ilə 24 milyonluq razılaşma şərti irəli sürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

İran ABŞ ilə 24 milyonluq razılaşma şərti irəli sürdü

Oksana Orucova16:28 - Bu gün
İran ABŞ ilə 24 milyonluq razılaşma şərti irəli sürdü

İran rəhbərliyi ABŞ ilə mümkün razılaşma çərçivəsində dondurulmuş 24 milyard dollarlıq vəsaitin azad edilməsini tələb edib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, Tehran və Vaşinqton arasında genişmiqyaslı anlaşma ilə bağlı vasitəçilər üzərindən danışıqlar davam edir.

Məlumata görə, İran tərəfi razılaşma imzalandıqdan sonra vəsaitin yarısının dərhal, qalan hissəsinin isə 60 gün ərzində ödənilməsini istəyir.

Qeyd edilib ki, İran nümayəndə heyəti məsələ ilə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada səfərdədir. Heyətin tərkibində İran rəsmiləri və Mərkəzi Bank rəhbərliyi də yer alıb.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər