Kənd təsərrüfatında inkişaf sürətini artırmaq üçün hansı addımlar atılmalıdır? – İqtisadçıdan açıqlama | 1news.az | Xəbərlər
Mövqe

Kənd təsərrüfatında inkişaf sürətini artırmaq üçün hansı addımlar atılmalıdır? – İqtisadçıdan açıqlama

Qafar Ağayev14:30 - Bu gün
Kənd təsərrüfatında inkişaf sürətini artırmaq üçün hansı addımlar atılmalıdır? – İqtisadçıdan açıqlama

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə  kənd təsərrüfatında artım dinamikasının mövcud olmasına baxmayaraq, müəyyən istiqamətlər üzrə inkişaf potensialının yüksək olduğu və bu potensialın reallaşdırılmasının zəruri olduğu vurğulanıb”.

Bunu 1news.az-a açıqlamasında iqtisadçı  Eldəniz Əmirov deyib.

O, bildirib ki, “əslində ölkə başçısı cənab Prezident kənd təsərrüfatının sürətli inkişafı ilə bağlı özü müəyyən istiqamətləri qeyd etdi. İnnovativ suvarmanın həcminin artırılması, hansı ki bu gün 130 min hektarda bu tətbiq olunur, 300 min hektara çatdırılması, məhsuldarlığın artırılması, müasir innovativ texnologiyalardan, o cümlədən süni intellektdən, peykdən və sair kimi yeni alətlərdən istifadə etməyin önəmli olduğunu vurğuladı və bu tam bir reallıqdır”.

İqtisadçı deyib ki, ümumiyyətlə isə inkişaf sürətinin arzuolunan səviyyəyə çatmamasının bir neçə səbəbi vardır ki, bu səbəblərdən biri resurslardan müəyyən hallarda qeyri-səmərəli istifadədir.

“Mən hesab edirəm ki, həm su resurslarından, həm torpaq resurslarından, eyni zamanda bir çox istiqamətlərdə”.

“O ki qaldı hansı ölkələrin təcrübəsindən yararlanmağa, konkret bir ölkə demək olmaz ki, bax bu ölkənin təcrübəsini götürüb bütövlükdə Azərbaycana tətbiq etmək lazımdır” – deyə E.Əmirov əlavə edib:

“Azərbaycanın özünə spesifik xüsusiyyətləri vardır və bu xüsusiyyətlərdən dolayı bu xüsusiyyətlərin oxşar olduğu ölkələrdən yararlanaraq hər bir ölkədə bizə uyğun olan bir təcrübələr toplusundan istifadə etmək olar”.

Xatırladaq ki, 25 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Həmçinin oxuyun: Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

 

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər