Cənubi Koreyada üst keçid çökdü: Ölənlər var
Cənubi Koreyanın paytaxtı Seulda köhnə üst keçidin sökülməsi zamanı baş verən çökmə nəticəsində 3 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, hadisə söküntü işləri aparılan zaman qeydə alınıb. Dağıntılar altında qalan 3 nəfər hadisə yerində ölüb.
Üst keçidin bəzi hissələrinin yaxınlıqdakı dəmiryolu xəttinin üzərinə düşməsi səbəbindən şəhərdə bir sıra qatar reysləri müvəqqəti dayandırılıb.
Cənubi Koreya prezidenti Li Jaye Myunq qəzanın səbəblərinin araşdırılması üçün genişmiqyaslı istintaq başladılması barədə göstəriş verib.
64












