Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB

13:45 - Bu gün
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

11:48

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər