Şəmkirdə iki nəfər qidadan zəhərlənib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə iki nəfər qidadan zəhərlənib - YENİLƏNİB

11:59 - Bu gün
Şəmkirdə iki nəfər qidadan zəhərlənib - YENİLƏNİB

Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, 14.03.2025-ci il tarixində saat 10:30 radələrində 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (1-i kişi cinsi, 1-i qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

10:07

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

1news.az APA-ya istinadən məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər