Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

11:39 - Bu gün
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

1news.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib.

Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər