İstanbulda Rusiya-Ukrayna atəşkəs danışıqları keçirilib - YENİLƏNİB

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar başa çatıb.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş 1 saat 15 dəqiqə davam edib.
***
09:29
Türkiyə növbəti dəfə beynəlxalq diplomatiya səhnəsində mühüm bir görüşə ev sahibliyi edəcək.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəslə bağlı danışıqları davam etdirmək üçün bu gün İstanbulda bir araya gələcək.
Görüşün saat Türkiyə saatı ilə 13:00-da Çırağan Sarayında keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyəti artıq İstanbula çatıb. Danışıqların əsas mövzusu Ukraynadakı hərbi əməliyyatların dayandırılması və tərəflər arasında humanitar məsələlərin həllinə yönəlik addımlar olacaq.