ABŞ-də bəzi xarici tələbələrin vizaları ləğv ediləcək - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də bəzi xarici tələbələrin vizaları ləğv ediləcək - SƏBƏB

Qafar Ağayev11:24 - 29 / 05 / 2025
ABŞ-də bəzi xarici tələbələrin vizaları ləğv ediləcək - SƏBƏB

ABŞ-ın Dövlət katibi Marko Rubio, aralarında Çin Kommunist Partiyası (ÇKP) ilə əlaqəsi olanların da yer aldığı bəzi Çinli tələbələrin vizalarının ləğv edilməsinə başlanacağını bildirib.

1news.az xəbər verir ki, Rubio bu barədə "X" sosial şəbəkə platformasında paylaşım edib.

Dövlət katibi qeyd edib: “ABŞ, Çin Kommunist Partiyası ilə əlaqələri olan və ya strateji əhəmiyyət daşıyan sahələr üzrə təhsil alan Çinli tələbələrin vizalarını ləğv etməyə başlayacaq.”

Rubio bir neçə gün əvvəl ABŞ vətəndaşlarını “senzuraya məruz qoymağa” çalışan xarici şəxs və qurumlara qarşı yeni viza məhdudiyyətləri tətbiq ediləcəyini açıqlamışdı.

O, bu cür senzura fəaliyyətində iştirak edən şəxslərin ABŞ-a səfər etmək hüququna malik olmamalı olduğunu vurğulayaraq, “ABŞ vətəndaşlarının hüquqlarını pozmağa çalışan xaricilər ölkəmizə səyahət etmək imtiyazına sahib olmamalıdır,” – deyə bildirmişdi.

Rubio uzun müddətdir ABŞ vətəndaşlarının ifadə azadlığından istifadə etdiklərinə görə bəzi xarici rəsmilər tərəfindən ittiham olunduqlarını və ya cərimə edildiklərini qeyd edib.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər