Azərbaycanın Keniyadakı səfirliyinin açılış mərasimi olub

Azərbaycanın Keniyadakı səfirliyinin açılış mərasimi olub.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Keniyanın Baş naziri və xarici işlər naziri Musalia Mudavadi səfirliyinin açılış mərasimində iştirak edib.
Diplomatik nümayəndəliyin fəaliyyətə başlamasını Azərbaycan ilə Keniya arasında dövlətlərarası münasibətlərin davamı və möhkəmləndirilməsi, qarşılıqlı ünsiyyətin asanlaşdırılması, eləcə də əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.
Ceyhun Bayramov Keniyanın ev sahibi ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraitini vurğulayıb.










188