Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb - YENİLƏNİB 1

17:26 - 06 / 06 / 2025
Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb - YENİLƏNİB 1

06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.

Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

16:06

Tovuzda ölümlə nəticələnən mübahisənin təfərrüatları məlum olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, fiziki qüsürlü şəxs ailə münaqişəsi zamanı anasını və bacısını batlalayıb.

Nəticədə ana ölüb, bacısı isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törədən fiziki qüsUrlü şəxs polis şöbəsinə aparılıb.

15:44

Tovuzda yanğın hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazində qeydə alınıb.

Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğının söndürülməsi istiqamətində işlər gedir.

İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
163

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər