Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB 1

10:55 - 10 / 07 / 2025
Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB 1

Bu gün saat 08:30 radələrində 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1news.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

09:38

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

09:09

Ağdərədə mina hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən əldə etdiyi ilkin məlumata görə, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər