Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Qafar Ağayev17:38 - Bu gün
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Avqustun 8-də Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Nazirlikdən 1news.az-a bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər