PAŞA Holidays 2026-cı ilin yay mövsümü üçün Monteneqro və Yunanıstana çarter uçuş proqramlarını elan etdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Holidays 2026-cı ilin yay mövsümü üçün Monteneqro və Yunanıstana çarter uçuş proqramlarını elan etdi - FOTO

20:28 - Bu gün
PAŞA Holidays 2026-cı ilin yay mövsümü üçün Monteneqro və Yunanıstana çarter uçuş proqramlarını elan etdi - FOTO

PAŞA Travel-in turoperator brendi PAŞA Holidays Azərbaycan Hava Yolları (AZAL) ilə əməkdaşlıq çərçivəsində 2026-cı ilin yay mövsümü üçün Monteneqro və Yunanıstan istiqamətlərində çarter uçuş proqramlarını elan etdi. Yeni proqramlar səyahətçilərə Avropanın ən populyar istirahət məkanlarına rahat, planlı və əlçatan səyahət imkanları təqdim edir.

Əməkdaşlıq çərçivəsində Bakı–Tivat–Bakı marşrutu üzrə çarter reysləri 1 iyun – 12 sentyabr 2026-cı il tarixləri arasında həyata keçiriləcək. İyun ayında uçuşlar həftədə iki dəfə, iyul–sentyabr aylarında isə həftədə dörd dəfə icra olunacaq.

Monteneqronun Kotor körfəzi sahilində yerləşən Tivat şəhəri özünəməxsus təbiəti, müasir kurort infrastrukturu və əlverişli coğrafi mövqeyi ilə regionun aparıcı turizm mərkəzlərindən biri hesab olunur. Tivat Beynəlxalq Hava Limanının əsas turizm bölgələrinə yaxın yerləşməsi səyahətçilər üçün rahat tranzit və sürətli çıxış imkanları yaradır.

Bununla yanaşı, PAŞA Holidays AZAL ilə əməkdaşlıqda Yunanıstanın məşhur Krit adası istiqamətində çarter uçuşlarını davam etdirir. Bakı–İraklion–Bakı marşrutu üzrə reyslər 27 iyun – 5 sentyabr 2026-cı il tarixləri arasında həftədə bir dəfə icra olunacaq. Uçuşların həm ekonom, həm də biznes siniflərdə təqdim edilməsi müxtəlif büdcə və komfort tələblərinə uyğun seçim imkanı yaradır.

Zəngin tarixi irsi, füsunkar çimərlikləri və özünəməxsus mədəni atmosferi ilə seçilən Krit adası səyahətsevərlərə unudulmaz istirahət təcrübəsi vəd edir.

Monteneqro və Yunanıstan istiqamətləri üzrə təqdim olunan tur paketlərinə aviabilet (23 kq baqaj daxil olmaqla), yerləşmə, qidalanma, səyahət sığortası və transfer xidmətləri daxildir. Turpaketləri Azərbaycanın aparıcı turizm agentlikləri vasitəsilə əldə etmək mümkündür.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər