Ağdərənin Kolatağ kəndi ilk sakinlərini qarşılayıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərənin Kolatağ kəndi ilk sakinlərini qarşılayıb - YENİLƏNİB

15:35 - Bu gün
Ağdərənin Kolatağ kəndi ilk sakinlərini qarşılayıb - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.

Avqustun 15-də Ağdərə rayonunun Kolatağ kəndinə yola salınan ilk köç karvanı ünvanına çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdərə rayonunun Kolatağ kəndinə ilk mərhələdə 26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

13:08

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Ağdərə rayonunun Kolatağ kəndi də sakinlərini qəbul etməyə hazırdır.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Ağdərənin Kolatağ kəndinə yola salınıb. İlk mərhələdə kəndə 26 ailə - 89 nəfər köçürülür.

Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər