Bülbülə qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEO

Suraxanı rayon Bülbülə qəsəbəsində qanunsuz tikililər sökülüb.
1news.az xəbər verir ki, Suraxanı RİH tərəfindən sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
60