Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanıldı - VİDEO

14:28 - Bu gün
Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.

Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər