“Universitetə qəbul önəmlidir, amma gənclərimizdən daha vacib deyil” - Ceyhun Məmmədov | 1news.az | Xəbərlər
Müsahibə

“Universitetə qəbul önəmlidir, amma gənclərimizdən daha vacib deyil” - Ceyhun Məmmədov

Ayşən Salehli12:30 - Bu gün
“Universitetə qəbul önəmlidir, amma gənclərimizdən daha vacib deyil” - Ceyhun Məmmədov

“Gənclər ixtisas seçimi edərkən sevdiyi və özlərini gördükləri sahələrə üstünlük verməlidirlər”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı danışarkən deyib.

“Valideynləri çalışmalıdır ki, övladlarının üzərinə çox getməsinlər, onları aşağılamasınlar, onları təhqir etməsinlər. Yəni universitetə qəbul önəmlidir. Amma bu gənclərimizdən daha vacib deyil. Çalışmalıyıq ki, gənclərimizi qoruyaq və onlara düzgün yön, düzgün istiqamət verək. Yanaşmamız belə olmalıdır.

Sonrakı peşmanlıq fayda verməyəcək. Valideynlər övladlarına yaxşı davranmalıdırlar. Gənclər də çalışmalıdır ki, tələsmədən, düzgün şəkildə ixtisas seçimi etsinlər ki, özlərini həmin sahədə inkişaf etdirə bilsinlər. Burada ən birinci məsələ sağlamlıq və övladlarımızın həyatda olmağıdır. Abituriyentlərə seçimi düzgün etməyi, valideynlərə isə övladlarını sevmək və dəstək olmaq, uğursuzluqlarında da yanlarında olmağı arzu və tövsiyə edirik”.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər