Formula 1-ə görə dərslər sentyabrın 21-i başlayacaq? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Formula 1-ə görə dərslər sentyabrın 21-i başlayacaq? - AÇIQLAMA

Qafar Ağayev14:14 - Bu gün
Formula 1-ə görə dərslər sentyabrın 21-i başlayacaq? - AÇIQLAMA

Formula 1 yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.

1news.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada qeyd olunub.

Paylaş:
159

Son xəbərlər

Bütün xəbərlər