Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib

11:32 - Bu gün
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib

"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.

O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:

"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir".

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər