I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidinin qalıqları dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidinin qalıqları dəfn olunacaq

Qafar Ağayev10:53 - Bu gün
I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidinin qalıqları dəfn olunacaq

Sabah I Qarabağ müharibəsinin itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhidinin qalıqları dəfn olunacaq.

1news.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər