Sabirabadda 42 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 42 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

10:34 - Bu gün
Sabirabadda 42 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

09:32

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər