Azərbaycanda şüşə istehsalına investisiya qoyulacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda şüşə istehsalına investisiya qoyulacaq

Qafar Ağayev11:33 - 23 / 09 / 2025
Azərbaycanda şüşə istehsalına investisiya qoyulacaq

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "ARGS Holding" MMC arasında şüşə istehsalı ilə məşğul olan "AzerFloat" ASC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb.

1news.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Müqaviləni ABIF-in baş direktoru Yasin Cəlilov və "ARGS Holding" MMC-nin icraçı direktoru imzalayıb.

Müqavilə Azərbaycanda şüşə istehsalı sahəsində yeni imkanlar yaradacaq.

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər