Qarabağ Dirçəliş Fondunun kollektivi Zəfər Parkını ziyarət edib - FOTO

Qarabağ Dirçəliş Fondunun kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.
Fondun əməkdaşları ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, Parkın girişindəki xatirə abidəsinin önünə gül dəstələri qoyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



80