Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

1news Redaksiyası12:45 - Bu gün
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Noyabrın 1-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər