“CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə həqiqəti əks etdirmirdi” | 1news.az | Xəbərlər
Cəmiyyət

“CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə həqiqəti əks etdirmirdi”

1news Redaksiyası16:09 - Bu gün
“CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə həqiqəti əks etdirmirdi”

"CNN telekanalının İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə həqiqəti əks etdirmirdi".

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

O bildirib ki, İsrailin hərbi avadanlıqları Azərbaycan ərazisinə daşıması ilə bağlı iddialar texniki baxımdan mümkün deyildi və belə bir hərəkət peyklər və digər müşahidə vasitələri ilə asanlıqla aşkarlana bilərdi.

Prezidentin köməkçisi qeyd edib ki, dezinformasiya halları təkcə sosial şəbəkələrdə deyil, peşəkar mediada da baş verir və sözügedən iddialar Azərbaycana qarşı yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi olub. 

"Bu kampaniyanın hədəfində təkcə jurnalistlər və peşəkar media deyil, diplomatlar da yer alıb".

Hikmət Hacıyev vurğulayıb ki, İsrailin Azərbaycanın cənub bölgələrində həyata keçirdiyi axtarış-xilasetmə missiyası barədə məlumat yayan jurnalistlər bu anlayışın mahiyyətini düzgün başa düşməlidirlər.

O bildirib ki, belə missiyalar esmineslər, xüsusi təyinatlı hərbçilər, logistika bazası və digər dəstək elementlərini əhatə edir.

Prezidentin köməkçisi əlavə edib ki, bəzi media qurumları yanlış məlumatlar yaydıqdan sonra məsuliyyət daşımır, hətta məlumatlar rəsmi mənbələr tərəfindən təkzib edildikdən sonra belə, həmin iddialardan istifadəni davam etdirir və üzr istəmirlər.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər