Penitensiar müəssisəyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar müəssisəyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev10:22 - Bu gün
Penitensiar müəssisəyə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər