Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək

Qafar Ağayev17:04 - 03 / 10 / 2025
Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək

Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.

1news.az xəbər verir ki, Burada ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub.

Bu barədə Azərbaycan¬da keçirilən III MDB Oyunları ilə əlaqədar səfərdə olan Türkiyənin Çövkən idmanı üzrə rəhbəti Fatih Köse məlumat verib.

Xatırladaq ki, çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırdı. Azərbaycan milli komandası isə inamlı iki qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.

Jurnalistlərə açıqlamasında Fatih Köse bildirib ki, Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir və Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparır.

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər