Azərbaycanın maliyyə sektorunun aktivləri artaraq 60 milyard manat olub

Bu ilin I yarımilində Azərbaycanın maliyyə sektorunun aktivləri 7% və ya 3.8 milyard manat artaraq 60 milyard manat olub.
1news.az xəbər verir ki, bu barədə, Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Maliyyə Sabitliyi Hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, bu artımın 3.7 milyard manatı bank sektorunun, 93 milyon manatı isə sığorta şirkətlərinin hesabına olub.
67