Katrin Bomberger: Vaşinqton Bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsində əhəmiyyətlidir | 1news.az | Xəbərlər
Siyasət

Katrin Bomberger: Vaşinqton Bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsində əhəmiyyətlidir

Qafar Ağayev10:49 - Bu gün
Katrin Bomberger: Vaşinqton Bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsində əhəmiyyətlidir

“Vaşinqton Bəyannaməsi itkin düşmüş şəxslərin talelərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

1news.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, münaqişələr zamanı bir şəxsin qalıqları müxtəlif yerlərdə ola bilər, buna görə də şəxsiyyətin müəyyənləşdirilməsi üçün DNT analizi həlledicidir:
“İtkin düşmüş şəxslərin ailələri və qurumlararası əməkdaşlıq bu prosesin əsas hissəsidir. Texnologiya və genetik araşdırmalar bu sahədə mühüm rol oynayır”.

Bomberger Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişinə də toxunaraq qeyd edib ki, Birgə Bəyannamənin 9-cu maddəsi itkin düşmüş şəxslərlə bağlı əməkdaşlığı nəzərdə tutur və bu, gələcək fəaliyyət üçün ciddi irəliləyişdir.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər