“Bakubus” avtobusu qəza törətdi, bulvarda ağaca çırpıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakubus” avtobusu qəza törətdi, bulvarda ağaca çırpıldı - VİDEO

Qafar Ağayev11:45 - 21 / 10 / 2025
“Bakubus” avtobusu qəza törətdi, bulvarda ağaca çırpıldı - VİDEO

Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

1news.az xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər