SOMDA-ya yeni rəis təyin olundu və general-mayor rütbəsi verildi - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

SOMDA-ya yeni rəis təyin olundu və general-mayor rütbəsi verildi - SƏRƏNCAM

17:30 - Bu gün
SOMDA-ya yeni rəis təyin olundu və general-mayor rütbəsi verildi - SƏRƏNCAM

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə (SOMDA) yeni rəis təyin edilib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.

Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.

Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

Paylaş:
123

Son xəbərlər

Bütün xəbərlər