İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib

16:35 - Bu gün
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib.

1news.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər