Anar Bağırov Vətən müharibəsi iştirakçısı olan vəkillərlə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Bağırov Vətən müharibəsi iştirakçısı olan vəkillərlə görüşüb

Qafar Ağayev11:52 - Bu gün
Anar Bağırov Vətən müharibəsi iştirakçısı olan vəkillərlə görüşüb

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüşüb.

Bu barədə 1news.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

A.Bağırov bildirib ki, hazırda azad edilmiş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Sonra Vətən müharibəsi iştirakçısı olan vəkillər döyüş yollarından danışıb, dövlətin, habelə VK Rəyasət Heyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, azad edilmiş ərazilərdə Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini söyləyiblər. Onlar, eyni zamanda, doğma torpaqların bərpası və insanların yurdlarına dönüşünün hər bir vətənpərvər üçün böyük sevinc mənbəyi olduğunu bildiriblər.

Sonda Vətən müharibəsində iştirak etmiş vəkillərə qiymətli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, Vətən müharibəsində VK-nın 10 üzvü medallarla təltif edilib.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər