İspaniya İsraildəki səfirini geri çağırıb | 1news.az | Xəbərlər
Dünya

İspaniya İsraildəki səfirini geri çağırıb

Qafar Ağayev16:42 - Bu gün
İspaniya İsraildəki səfirini geri çağırıb

İspaniya İsraildəki səfirini geri çağırıb.

1news.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin Təl-Əvivdəki səfirliyi bundan sonra müvəqqəti işlər vəkili tərəfindən idarə olunacaq. Qərarın İranla bağlı davam edən münaqişə fonunda artan diplomatik gərginlik şəraitində qəbul edildiyi bildirilir.

Bununla belə, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ABŞ-ilə münasibətlərin sabit qaldığını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtondakı səfirlik normal fəaliyyətini davam etdirir və bütün diplomatik əlaqələr adi qaydada saxlanılır.

Nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, İspaniyanın ABŞ-la münasibətlərində hər hansı dəyişiklik yoxdur.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər