Dubayda xəsarət alan Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb, ölkəyə gələcək
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb.
1news.az xəbər verir ki, Azərbaycanın Dubay şəhərindəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, xəsarət alan vətəndaşımız bu gün xəstəxanadan buraxılıb. Baş konsulluq vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.
97












