Naxçıvanda dəmir yolu xəttinin yenidən qurulması davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda dəmir yolu xəttinin yenidən qurulması davam edir - VİDEO

Qafar Ağayev15:41 - Bu gün
Naxçıvanda dəmir yolu xəttinin yenidən qurulması davam edir - VİDEO

ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

ADY-dən 1news.az-a verilən məlumata görə, Layihə çəriçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər