Azərbaycan və Serbiya arasında regionda cərəyan edən proseslər müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Serbiya arasında regionda cərəyan edən proseslər müzakirə olunub

Qafar Ağayev17:35 - Bu gün
Azərbaycan və Serbiya arasında regionda cərəyan edən proseslər müzakirə olunub

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər