DƏMX cari ilin 10 ayı ərzində 18426-dən artıq vətəndaş müraciətini araşdıraraq cavablandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DƏMX cari ilin 10 ayı ərzində 18426-dən artıq vətəndaş müraciətini araşdıraraq cavablandırıb

Qafar Ağayev10:33 - Bu gün
DƏMX cari ilin 10 ayı ərzində 18426-dən artıq vətəndaş müraciətini araşdıraraq cavablandırıb

2025-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 18 426 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

1news.az xəbər verir ki, bununla yanaşı, Xidmət tərəfindən 17 790 sorğu və məktuba baxılıb. Həmçinin Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 13 637 vətəndaş fərdi qaydada qəbul edilib.

Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub. Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər