“Azərsilah”ın Şirvandakı zavodunda qəza olub, bir nəfər ölüb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsilah”ın Şirvandakı zavodunda qəza olub, bir nəfər ölüb - RƏSMİ

Qafar Ağayev15:45 - Bu gün
“Azərsilah”ın Şirvandakı zavodunda qəza olub, bir nəfər ölüb - RƏSMİ

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər