Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya edilib

17:07 - Bu gün
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

1news.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər