“LUKOIL” YDM-lərində POS-terminalla ödəmələr yenə işləmir? - AÇIQLAMA
Ötən gün bəzi xəbər saytlarında “LUKOIL-Azərbaycan” QSC-nin yanacaqdoldurma məntəqələrində POS-terminal vasitəsilə ödənişin dayandırıldığı və yalnız nağd vəsaitin qəbul edildiyi barədə məlumatlar yayılıb. İddialarda bildirilirdi ki, posterminaldan istifadənin məhdudlaşdırılmasına səbəb ABŞ sanksiyalarıdır.
Məsələ ilə bağlı “LUKOIL-Azərbaycan” QSC-nin qaynar xətti ilə əlaqə saxladıq. Şirkətdən 1news.az-a bildirilib ki, ötən gün POS-terminalların işləməməsi texniki problemlə bağlı olub.
“Dünən axşamdan etibarən problem tam aradan qaldırılıb və posterminal vasitəsilə ödənişlər qəbul olunur. Bununla bağlı Dövlət Vergi Xidmətinə də məlumat verilmişdi. Bəzən bu kimi texniki nasazlıqlar baş verə bilər”, – şirkətdən qeyd edilib.
268












