Oğul anasının bank kartından oğurluq edib həyat yoldaşına pul göndərdi - Polis saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğul anasının bank kartından oğurluq edib həyat yoldaşına pul göndərdi - Polis saxladı

Qafar Ağayev16:01 - Bu gün
Oğul anasının bank kartından oğurluq edib həyat yoldaşına pul göndərdi - Polis saxladı

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsait naməlum şəraitdə oğurlanıb.

1news.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədilyinə əsaslı şübhələr yaradıb.

Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər