Ədliyyə Akademiyasının rektoru təyin edilən Rövşən İsmayılov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə Akademiyasının rektoru təyin edilən Rövşən İsmayılov kimdir? - DOSYE

Qafar Ağayev17:52 - Bu gün
Ədliyyə Akademiyasının rektoru təyin edilən Rövşən İsmayılov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

1news.az Rövşən İsmayılov haqqında məlumatı təqdim edir:

Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində çalışıb. 2006-cı ildən dosentdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.

2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb, elmi işi “Azərbaycan Vətəndaşlıq İnstitutu” mövzusuna həsr olunub. 1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub, 1997-ci ilin fevralından 2003-cü ilə kimi isə Xəzər Universitetində müəllim işləyib. 2002-ci ildə (fevral-iyun) və 2005-ci ildə (yanvar-avqust) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyət və Fulbrayt proqramı çərçivəsində elmi tədqiqat aparıb.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub. 2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub, 22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

Paylaş:
120

Son xəbərlər

Bütün xəbərlər